Bakıda ana övladlarını da götürüb evdən qaçdı

 

 

Bakıda ana və iki uşağı itkin düşüb.

paralel.az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib. 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Könül Cəfərli 

0.11435890197754