Minik avtomobili traktorla toqquşdu: yaralananlar var

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

paralel.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilk öncə Agdam rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün onlar sonradan Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndərilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır.
Yaralı şəxslər

 

Aslanov elvin  

Məmmedzade Pərviz

 

0.13269186019897