Xalqımızın millətə çevrilməsi gecikdirilib

Əqli və mənəvi inkişafın vəhdəti pozulub

Böyük Fransız dramaturqu, utopik realizmin nüfuzlu nümayəndələrindən biri olan Viktor Hüqo deyir: "Xalqın böyüklüyü onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.."

Bəli, millətin böyüklüyü haqqında dörd əsr bundan öncə deyilən bu müdrik ifadə uzun zaman keçməsinə baxmayaraq, bu gün də aktuallığını itirməyib.

Gəlin, yazıçı-filosofun "xalqın böyüklüyü onun sayı ilə ölçülmür, yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər" ideyasını dünyanın hazırkı xəritəsində müstəqil dövləti olan xalqların gücünü nəzərdən keçirib, ideyanın təsdiqini tapması ilə tanış olaq. Məsələn, hər kəs bilir ki, dünyada yəhudi xalqının sayı təqribən 16 milyon nəfərə yaxındır. Onların təxminən 40%-i İsraildə, 35%-i isə ABŞ-da qalan 25%- də dünyanın müxtəlif ölkələrində yaşayır. Israil dövlətinin ərazisi çox kiçikdir. Yəhudi xalqı sayı 350 milyondan çox ərəblərdən dəfələrcə azdır. Yəhudi xalqı ilə müqayisədə ərəblərin 16 dövləti var. Lakin ərəblər əhalisinin, dövlətlərinin say çoxluğuna, ərazi böyüklüyünə, təbii sərvətlərinə görə, yəhudilərdən çox üstün olsalar da, Fələstində uzun illərdir davam edən müharibədə yəhudilərə uduzur.

İsrail dövləti hazırda Yaxın Şərqdə ən qüdrətli hərbi gücə malik olan yeganə ölkədir. İslam Əməkdaşlıq Təşkilatında birləşən 54 dövlət neçə illərdir işğal olunmuş Fələstin torpaqlarını İsrailin işğalından azad edə bilmir.

Digər misal.Təbii sərvətlərinə görə dünyada üçüncü ölkə sayılan və 80 milyon əhaliyə malik olan İran İslam Respublikası hərbi qüdrətinə və inkişaf səviyyəsinə görə 7 milyon əhalisi olan İsraildən dəfələrcə geri qalır və uduzur.

Budur, sayca çox olan müqayisə etdiyimiz xalqların misalında dahi Viktor Hüqonun xalqın böyüklüyü barədə ifadə etdiyi hikmətin doğru olduğu bir daha təsdiq olunur.

Daha bir nümunəyə diqqət yetirək. Yaxın vaxtların statistikası göstərir ki, Azərbaycan türklərinin sayı dünyada 60 milyon nəfərdir, bundan Azərbaycanda kompak halda yaşayanların sayı isə 10 milyon nəfərdən çoxdur. Lakin dünyada yaşayan ermənilərin ümumi sayı 10 milyon, Ermənistanda yaşayanların sayı isə 3 milyon nəfərdir. Azərbaycan xalqı 30 ildir ki, sayca özündən 3 dəfə, iqtisadi və hərbi cəhətdən 5 dəfə zəif olan ermənilərə torpaqlarının 20 faizini uduzub!..

Əhalisinin sayı çox, hərbi və iqtisadi gücü bir neçə dəfə yüksək olan Azərbaycan özündən qat-qat zəif olan Ermənistanın işğalında olan torpaqlarını 27 ildir azad edə bilmir.

Bu müqayisədən də aydın görünür ki, xalqın say çoxluğu heç də onun güclü olmasına dəlalət etmir! Xalqın gücü onun əqli və mənəvi səviyyəsinin inkişafı ilə ölçülür. Sayca azlıqda olan yəhudi, erməni, çeçen xalqlarının dünyada qazandıqları nəticə buna əyani sübutdur!

Dünyada əldə olunan real inkişaf göstəriciləri islam dünyası xalqları ilə müqayisədə xristian xalqlarının əqli inkişaf və mənəvi səviyyə baxımından daha güclü, monolit, mübariz xalqlar olduğunu isbat edir.

İslam dininə ibadət edən xalqların bu cür zəif əqli və mənəvi inkişaf səviyyəsinin aşağı olmasının bir göstəricisi də odur ki, dünyadakı 40 kasıb müsəlman ölkəsi rəhbərləri dünyanın ən zəngin adamları sırasında öncül yer almasıdır!

Azərbaycan türk xalqının tarix boyu başına gətirilən bütün fəlakətlərin araşdırmaları aydın təsdiq edir ki, xarici və daxili düşmən dövlətlərin əsrlərlə davam etmiş təcavüzü nəticəsində xalqımızın əqli və mənəvi inkişafına ardıcıl, dərin zərbə vurulub, ziyalı, qəhrəman, mübariz təbəqəsi düşmən tərəfindən planlı şəkildə məhv edilib və xalqın millətə çevrilməsi prosesi düşünülmüş şəkildə pozulub.

Ən pis odur ki, tarix boyu xalqımızı millətə çevirməyə imkan verməyən mənfi proseslər bu gün də davam edir. Bankların, məclislərin, şuraların, valyutanın, hərakatın, partiyanın, xəstəxananın, bir sözlə hər şeyin qarşısına milli sözü yazmaqla deyil. Xalqın millətə çevrilib güclü dövlətçilik təfəkkürünə sahib olmasına şərait yaradılmır, əksinə, xalqı şahsevən, bütpərəst və müti qula çevirməyə, orta əsr feodal idarəetmə qaydalarına məhəbbət ruhunda tərbiyə etməyə cəhd olunur.

Lakin zaman öz hökmünü verir. Geriyə qayıdış olmadığı kimi, belə dönüşə cəhd edən bisavadların özlərinin də sıradan çıxacağı şübhə doğurmur.

Şahnaz Salehqızı

0.11142110824585