26 manata yumurta: azərbaycanlının əl işləri dünyaya satılır - VİDEO

 

 

Xaçmazlı gəncin hazırladığı əl işləri dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb.

paralel.az xəbər verir ki, Fərmail Əhmədov sosial şəbəkələrdə gördüyü görüntülərdən sonra əl işləri hazırlamağa başlayıb.

Bir əl işinin hazırlanmasına bəzən 2-3 ay vaxt sərf edən gənc xüsusən yumurtadan hazırladığı işlərini 26 manatdan başlayan qiymətlərlə satışa çıxarıb. 

Hazırda "Ailə Biznesinə Asan Dəstək" ailəsinə qoşulan F.Əhmədov satışda çətinliklər çəkmir. Əl işlərinin satışını da ABAD həyata keçirir. 

Fərmailin ən böyük istəyi sərgisinin keçirilməsidir. Bu, ona əl işlərinin satışını ölkə daxilində də həyata keçirməkdə kömək edəcək. 

Tehran Orucoğlu

0.26389193534851