Yaquarla timsahın ölüm-dirim mübarizəsi - VİDEO

 

 

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərinin sakini timsahla yaquarın ölüm-dirim mübarizəsinin şahidi olub.

Daily Mail” nəşri videoçarxı yayımlayıb.

58 yaşlı fotoqraf Kevin Duli Pantanal qoruğu yaxınlığındakı çayda qayıqla üzəndə budaqda oturan və sudakı şikarı müşahidə edən yaquarı görür. Duli fotokamerasını çıxararaq yırtıcını lentə alır. Fotoqraf iddia edir ki, vəhşi yaquar bir saat pusquda sakit oturub.

Nəticədə, fotoqraf yaquarın üç metrlik məsafədən tullanmasını və 10 dəqiqəlik ölüm-dirim mübarizəsini lentə ala bilib.

“Yaquar suya tullandı və timsahla mübarizəyə başladı. Nəticədə, onu öldürdü”, - deyə Duli bildirib.

Timsah hərəkətsiz qaldıqdan sonra isə yaquar şikarının öldüyünü dəqiqləşdirmək üçün onun boğazını dişləyib.

0.32307696342468