Bakıda yaşlı kişi itkin düşdü

 

 

Bakıda 56 yaşlı kişi itkin düşüb.

paralel.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Mehman Həmid oğlu Həmidov itkin düşüb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onun xalası oğlu Orxan Vahab oğlu Hüseynov ərizə ilə müraciət edib. 

O bildirib ki, M.Həmidov ötən gün evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

0.058001041412354