Bakıda avtomobil alverçisi müştərisini bıçaqladı - FOTO

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

paralel.az xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayon ərazisində baş verib.

Naməlum şəxs 38 yaşlı Etibar Təvəkkül oğlunu bıçaqlayıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını xəstəxanaya çatdırıb.

Hadisəni törədən şəxsi də polis əməkdaşları zərərsizləşdirərək saxlayıb. Yaralı dərhal cərrahi əməliyyat olunub.

Məlumata görə, hadisəyə səbəb avtomobilini satan şəxslə müştəri Etibarın mübahisəsi zamanı yaranıb.

İlkin izahata görə, o, pulu gecikdirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.063352108001709