Sabirabadda 3 yaşlı uşaq yanan evdə zəhərləndi

 

 

Sabirabad rayonunda ev yanıb.

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Çöl Beşdəli kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Mirzəyev Nadir Xanəli oğluna məxsus 3 otaqdan ibarəd fərdi yaşayış evi yanıb.

Yanğısöndürənlər tərəfində yanğın söndürülsə də, 2006-cı il təvəllüdlü Mirzəzadə Mərcan Nadir qızı tüstüdən zəhərlənib.

Azyaşlı uşaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.091670036315918