AŞ PA prezidenti Azərbaycana niyə gəlir?

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə AŞ PA-nın rəsmi saytında məlumat verilib.

Məlumata görə, AŞ PA prezidenti Bakıda Milli Məclisin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" mövzusunda "dəyirmi masa"da iştirak edəcək.

Aqşin Kərimov

0.10332298278809