“Cənub Qaz Dəhlizi” meqa layihəsi başa çatmaq üzrədir

TAP Bolqarıstanın qaz ehtiyacının 33%, Yunanıstanın 20%, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır.

O, bildirib ki, dünyanın ən iri qaz kondensat yataqlarından biri olan “Şahdəniz”lə bağlı 93%, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisilə bağlı 88,8% irəliləyiş əldə edilib.

“Cənubi Qaz Dəhlizinin bütün seqmentlərinin maliyyələşdirməsindəki Azərbaycan payı 1/4 qədər, yəni 10,1 milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97%-i həm yerli ehtiyatlar, həm də kənardan cəlm edilmiş vəsaitlər hesabına artıq yatırılıb”, – deyə İ. Əhmədov qeyd edib.

0.48247122764587