Beyləqanda müəllimlərin regional ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 4-də Beyləqan rayon Mədəniyyət Sarayında müəllimlərin rehional ənənəvi sentyabr konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov, Beyləqan, Füzuli, Xocavənd rayonlarının Təhsil Şöbələrinin müdürləri, təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Sonar konfrans yuxarıda adıçəkilən məkanda davam etdirilib. Konfrans başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Konfransı giriş sözüylə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov açıq elan etdi. Müəllimləri 2019-2020-ci tədris ili münasibəti ilə təbrik edib. Sonra təbrik üçün söz Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanova verilib.

T.Məstanov çıxış edərək son günlərdə rayonda görülən işlərdən danışıb və müəllimləri yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib.

Xocavənd rayon Təhsil Şöbəsinin müdiri Umudvar Məmmədov, Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov hesabat məruzələri ilə çıxış ediblər.

Məruzə ətrafında çıxışlar olub. Çıxış edənlərdən Tatalılar kənd tam orta məktənin Azərbaycan dili- ədəbiyyat müəllimi Mürsəl Behbudov, Xalac kənd tam orta məktəbin direktoru Murad Məmmədov, Şəfəq kənd tam orta məktəbin direktoru Bəhruz Fətəliyev çıxış edərək təkliflərini bildirib.

Konfransda müəllimlərin çoxsaylı sualları Əhliyət Adıgözəlov tərəfindən cavablandırılıb.

Sonda konfrans iştirakşıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

***

Rayonda “Hərbiyyə-101” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunu

Eyni gündə Beyləqan rayonunda “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri” Təşkilatı və Beyləqan Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin komandiri Mais Bərxudarov, ”Asan Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova, Qarabağ qaziləri və digər qonaqlar iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.

Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qonaqları salamlayıb, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin keçirilməsi üçün Beyləqan rayonunu seçdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. RİH başçısı çıxışında Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Bildirilib ki, belə tədbirlərin keçirilməsi gənclərə hər zaman vətənpərvərlik duyğuları aşılayır, onların ordu haqqında təsəvvürlərini formalaşdırır, gənclərimizdə torpağa, Vətənə sevgi hisslərini artırır. RİH başçısı ASAN könüllülərinin yay düşərgəsində olduqları müddətdə rayonumuzdakı müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacağını və Beyləqanda keçirdikləri günlərin onların təəssüratlarında silinməz izlər buraxacağını ifadə edərək düşərgənin bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər tədbir iştirakçıları çıxış edərək tədbirin mahiyyəti barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi quruculuq işləri ordumuzun istər maddi-texniki, istərsə də mənəvi döyüş ruhunu artırır. Həmçinin qeyd olunub ki, "ASAN Könüllüləri" tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunur.

Natiqlər bildiriblər ki, iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin ediləcək. Otel və evdən fərqli məişət şəraitli düşərgədə Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 101 ASAN könüllüsü iştirak edib.

5-9 sentyabr tarixini əhatə edən “Hərbiyyə-101” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunub, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlaricra olunub.

Rəsmi açılışdan sonra könüllülər Beyləqan rayonu ərazisində yerləşən “N”saylı hərbi hissədə hərbçilərlə nahar edib. Tədbir iştirakçıları üçün geniş konsert proqramı nümayiş olunub.

Elman Israfiloğlu

"Paralel" qəzetinin Qarabağ bürosunun redaktoru

0.057283878326416