16 il axtarışda olan şəxs Gəncədə ələ keçdi

 

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində 02.01.2003-cü il tarixdən axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

Qeyd edək ki, H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.

0.094496011734009