Bakıda kişini 60 manata görə döydülər

 

 

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı iki naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunan Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.

0.25201106071472