Ramiz Rövşən və Kamal Abdullaya dövlət təltifləri təqdim edildi - FOTO

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Təltif olunanlar Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova "Şöhrət" ordeni ilə təltif edilib. Həmçinin dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub "Xalq şairi", yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud "Xalq yazıçısı" fəxri adlarına layiq görülüb.

 

0.064042091369629