Kabab iyinə görə qonşuları məhkəməyə verdi

 

 

Avstraliyada vegeterian qadın qonşularından məhkəməyə şikayət edib. 

Rus mətbuatının yazdığına görə, o, qonşulardan gələn kabab iyindən və siqaret qoxusundan narahat olduğunu deyib. Bundan başqa, uşaqların oynayarkən səs-küy salması da onun dincliyini pozurmuş.

Şikayətçiyə elə gəlir ki, balıq və ət barbeküsünü sevən qonşuları onun qəsdinə durublar. 

Avstraliyalı qadın ötən il də eyni səbəblərlə məhkəməyə şikayət edib, lakin onun iddiası təmin olunmayıb. Bundan sonra o, Ali Məhkəməyə müraciət göndərib. Oradan da aldığı cavab "qənəatbəxş" olmayıb - məsləhət görüblər ki, "öz enerji ehtiyatlarını münaqişəni ən optimal şəkildə həll etməyə yönəltsin". 

Bununla belə, qadın dayanmaq niyyətində deyil, o, qonşulara qarşı yeni iddia hazırlayır. 

0.21975111961365