İsveçdə soydaşımız məhkəməyə jüri üzvü seçildi - FOTO

Bu gün İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə Turan Əliyev 2020- 2023-cü illər üçün Göteborq bölgə məhkəməsinə jüri üzvü seçilib.   

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.


Onun sözlərinə görə, məhkəmə Göteborq, Öckerö, Harrida, Kungalvs, Mölndals və Partille bələdiyyələrində 779.833 nəfər sakini əhatə edir: "İsveç məhkəmə sistemində  jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur. Lakin bu, siyasi vəzifə sayılmır.

Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər".

0.11405491828918