ABŞ-da kütləvi qatillərə ölüm hökmü oxunacaq

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

TASS xəbər verir ki, bu haqda ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mark Şort bildirib.

"Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb. Vitse-prezident komandası baş prokuror Uilyam Barr ilə bununla bağlı iş görür", - deyə, o, bildirib.

O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

0.1011278629303