Türkiyəli hərbçilər "TurAz Qartalı-2019" üçün Azərbaycana gəldi - VİDEO

 

 

"TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.

0.19698214530945