Azərbaycanlı şagird Avropa İnformatika Olimpiadasında uğur qazandı

 

 

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər. 

Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.

Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin X sinif şagirdidir.

Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.

 

0.094766855239868