Xabarovskda azərbaycanlı qanunsuz alkoqol satışına görə həbs oluna bilər

 

 

Xabarovskda 32 yaşlı Azərbaycan vətəndaşı müttəhim kürsüsünə çıxarılacaq.

"Ludi DV" nəşrinin verdiyi xəbərə görə, o, RF Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin ("Xüsusi federal markası ilə icbari markalaşdırılmalı olan markalaşdırılmamış alkoqol məhsulunun əldə olunması, saxlanılması, satış üçün daşınması və böyük miqdarda satışı") 5-ci hissəsi üzrə ittiham olunur.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, müttəhim 1 oktyabr 2018-ci il tarixindən 5 mart 2019-cu il tarixinədək olan müddətdə Xabarovsk ərazisində, Qarajnaya və Zelyonaya küçələri yaxınlığında tanımadığı şəxslərdən vodka və konyak alıb.

O, aksizi olmayan bu məhsulları tanışının qarajında saxlayıb. Sonra isə onları Pavloviç və Ladojskaya küçələrində kirayələdiyi köşklərdə satmağa başlayıb.

Qanunsuz fəaliyyətin üstü açıldıqda, şübhəli şəxsdən ümumi dəyəri 323 360 rubl (təxminən 8 320 manat - red.) olan 1 504 şübhəli tərkibli butulka götürülüb. İşin materiallarına əsasən, o, öz biznesinin qanunsuz olduğunu bilib.

Azərbaycan vətəndaşı üç il azadlıqdan məhrum edilə bilər.

0.090942859649658