Goranboyda qəza: bir nəfər ölüb, yaralılar arasında iki aylıq körpə də var

 

 

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində "Niva" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.

Nəticədə, "Niva"nın sərnişini, 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı ölüb.

Digər üç nəfər - Kondereva Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Ramazanzadə Ruziyə Mübariz qızı və iki aylıq körpə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

0.063467025756836