Depardye filmdə Brejnevin obrazını canlandıracaq

 

 

Fransalı aktyor Jerar Depardye sovet siyasi xadimi Leonid Brejnevin obrazını canlandıracaq. 

Rus mətbuatının yazdığına görə, onun rol aldığı film "Praqa baharından" - 1968-ci ildə Çexoslavakiyada baş verən hadisələrdən, orada həyata keçirilən ictimai-siyasi islahatlardan, SSRİ-nin bu ölkəyə müdaxiləsindən bəhs edəcək. Xorvat rejissor Lordan Zafranoviçin çəkdiyi ekran əsəri "Praqa baharının" lideri, Çexoslavakiya Kommunist Partiyasının rəhbəri Aleksand Dubçekin xatirəsinə həsr olunub. 

Məlumatı filmin prodüseri Andrey Antonio verib. 

Artıq Depardyey ilə müqavilə imzalanıb. Dubçekin rolunu oynayacaq aktyorun adı hələlik açıqlanmır. Amma onun da tanınmış sima olduğu bildirilir.

Ssenari müəllifi Karol Qlavka artıq əsərin birinvi hissəsini tamamlayıb, ikinci hissə isə iki aya hazır olmalıdır.

Ekran əsərini "Leca Production" (Slovakiya) çəkəcək, filmin büdcəsinin 10 milyon avrodan çox olacağı nəzərdə tutulub.

Kino üzərində işlərin 2021-ci ilin sonunadək tamamlanacağı planlaşdırılır. Həmin il Dubçekin anadan olmasının 100 illik yubileyi bayram ediləcək. 

Ekran əsəri 2022-ci ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq.

Filmə patronajlığı Slovakiya baş naziri Piter Pelleqrini və onun çexiyalı hmkarı Andrey Babiş öz üzərinə götürüb.

0.097905874252319