Allahverdi Yolçuyev: Xəstəliyimin müalicəsi Türkiyədədir

 

 

Bir neçə həftə öncə məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yarandığı və onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi məlum oldu.

Səhhəti ilə maraqlanmaq üçün paralel.az-ın əməkdaşı aktyorla əlaqə saxlayıb.

A. Yolçuyev intensiv müalicə aldığını bildirib: "Sağolsun bizim media əhli. Onların sayəsində xəstəliyimlə bağlı xəbərlər yayıldı. Bir çox klinikalar səsimə səs verdilər. Onlardan birində iki həftə intensiv terapiya keçdim. Nəticədə əllərimin durmadan əsməsi, 20 faiz də olsa, azalıb. Özümü ötən günlərdəkindən daha yaxşı hiss edirəm. Sağlamlığım işimə də birbaşa təsir etdi. İndi yenidən iş başına dönmüşəm. Mən ailəyə baxan insanam. Onları dolandırmalıyam. Ona görə də mütləq işləməliyəm".

Aktyor Türkiyədə müalicə alarsa, səhhətim daha da yaxşılaşacağını bildirib.

O deyib: "Xəstəliyimin müalicəsi Türkiyədədir. Çox istərdim ki, oraya gedib, müalicəmi bütünlükdə alım. İnanıram ki, orada dərdimə dərman tapılar və sağalıb, öz fəaliyyətimi saha sağlam şəkildə davam etdirərəm".

Qeyd edək ki, akryor Allahverdi Yolçuyev avqustun əvvəlində paralel.az-ın əməkdaşına  iki ildən çoxdur Parkinson xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin günü-gündən pisləşdiyini söyləmişdi.

Rəşad Əliyev

0.23419904708862