Sərxoş sürücü VAZ-ı aşırdı, toydan gələn üç nəfər yaralandı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

20-BL-353 dövlət seriya nişanlı “VAZ-2106” markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb.

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücün sərxoş vəziyyətdə olduğu bildirilib.

Qəzaya səbəb isə yüksək sürət olub.

Faktla bağlı araşdırmalar davam edir.

Nazir Quliyev

0.07291316986084