İsmayıllıdan Şəkiyə toya gəldi, bıçaqlandı

Şəkiyə toya gələn İsmayıllı sakini bıçaqlanıb.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki rayonunun Şəki kəndində baş verib.

İsmayıllı rayonundan toya gələn 1971-ci il təvəllüdlü Şükran Sahib oğlu Qəhrəmanov münaqişə zamanı bıçaqlanıb.

Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

0.06512713432312