İki yaşlı uşaq su nasosu ilə oynadı, elektrik cərəyanı vurdu

 

 

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlu həyətyanı sahədə quraşdırılmış işlək vəziyyətdə olan su nasosu ilə oynayıb. Nəticədə elektrik cərəyanı azyaşlını vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

0.06093692779541