Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir

 

 

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

paralel.az xəbər verir ki, pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

 

“İNANIRDIQ Kİ, RƏŞAD QAYIDACAQ, TƏƏSSÜF Kİ…” – Rəşad Atakişiyevin həyat yoldaşı +Fotolar

“Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı”. 
Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevindəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.
 
O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib: “Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.
 
K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib: “Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.

Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov şəhidin tabutunun üzərinə salınmış bayrağı onun həyat yoldaşına təqdim edib.







0.094655990600586