Bakıxanovda “BMW” aşdı, sahibinin boyunu sındı

Bakıda avtomobili aşıran sürücü ağır xəsarət alıb.

paralel.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əkbərov Murad Tahir oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

Qəza zamanı M.Əkbərovun boyunu sınıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.059068202972412