Xırdalanda “Mercedes” kanalizasiya çuxuruna düşdü - FOTO

Xırdalan şəhərində avtomobil su-kanalizasiya sisteminin təmiri üçün qazılan çuxura düşüb.

paralel.az xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin yaxınlığında baş verib.

“Mercedes” markalı minik abtomobili hərəkətdə olarkən xəbərdaredici nişan olmadığından su-kanalizasiya sisteminin təmiri üçün qazılan çuxura düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, avtomobilə isə ciddi ziyan dəyib. Hadisədən sonra yolda tıxac yaranıb.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.17049813270569