Uruqvay prezidentində bədxassəli şiş aşkarlandı

Uruqvay prezidenti Tabare Vaskesin ciyərində bədxassəlişiş aşkarlanıb. 

"RİA-Novosti"nin verdiyi xəbərə görə, prezident özü bu barədə jurnalistlərə danışıb. 

O bildirib: "Xalqa bildirirəm ki, tomoqrafik müayinə zamanı çiyərimdə bədxassəli şişin olduğu aşkarlanıb".

79 yaşlı prezident deyib ki, əlavə müayinə üçün bir, ya iki gün xəstəxanada qalmalı olacaq. O özünü yaxşı hiss etdiyini də vurğulayıb. 

İlk prezidentlik müddətində (2005-2010-cu illər) Vaskes nəhəng anti-tütün kampaniyasına rəhbərlik edib, hətta bu dövrdə ölkə ən böyük siqaret istehsalçısı olan "Philip Morris"-ə qarşı məhkəmə davası da açıb. Statistik məlumatlara görə, 2005-ci ildən bugünədək  Uruqvayda 294 mindən çox adam siqaretdən imtina edib. 

Qeyd edək ki, oktyabrın 27-də ölkədə prezdent seçkiləri keçirləcək.

 

0.15561103820801