Kliçko öz Disneylendini yaratmaq istəyir

Məşhur boksçu, eyni zamanda Kiyevin meri Vitaliy Kliçko yenidən mer postuna namizədliyini irəli sürmək niyyətindədir.

"112 Ukrayna" telekanalının efirində bu istəyini açıq bildirən Kliçko bunu hazırlıq mərhələsində olan irimiqyaslı layihələrini həyata keçirmək niyyəti ilə əsaslandırıb.

"Mən Ukraynanın Hidroparkında Disneylend yaratmaq istəyirəm. Bu layihənin startı üçün xeyli işlər görülüb. Hələlik bu barədə çox danışmaq istəmirəm", - deyən mer onu da əlavə edib ki, ona vəzifə lazım deyil. Kiyev meri kreslosunu tutmaqda yeganə məqsədi şəhərdə baş verən yeni dəyişikliklərdir.

Qeyd edək ki, Kiyevdə mer seçkiləri 2020-ci ilin oktyabrında olacaq.

0.098669052124023