Bu il ölkəmiz 12 milyard dollarlıq məhsul ixrac edib

Bu müddət ərzində ticarət saldosu 3.8 milyard dollar təşkil edib

2019-cu ilin ilk 7 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyəsi 20 milyard 701 milyon dollar olub. İxracın dəyəri 12 milyard 267 milyon, idxalın dəyəri isə 8 milyard 433 milyon ABŞ dolları olub. Hesabat dövründə Azərbaycan 177 ölkə ilə ticarət fəaliyyəti həyata keçirib.

Bu müddət ərzində Azərbaycanın ticarət saldosu 3.8 milyard dollar təşkil edib. Azərbaycanın xarici ticarət əməliyyatları həyata keçirdiyi əsas ölkələr İtaliya, Türkiyə, Rusiya, Çin, İsveçrə, Almaniya, İsrail, Hindistan, ABŞ, Fransa, Ukrayna, İspaniya, Çexiya, Gürcüstan olub.

0.31007099151611