Qobustanda maşın 31 yaşlı qadını vurdu

Qaradağ rayonunda yol qəzasında bir nəfər yaralanıb.

paralel.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

Minik avtomobili 1988-ci il təvəllüdlü Əzizova Pənah Rüstəm qızını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərlan xəstəxanaya yerləşdirilib. Ona kürəyin sağ nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

P.Əzizovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.12993407249451