Multikulturalizmin Azərbaycan modeli bəşəri əhəmiyyətə malik bir çağırışdır

Ədəbiyyat multikulturalizmə, qarşılıqlı anlaşmaya öz töhfəsini verməkdə davam edir

Multikulturalizmin və tolerantlığın, eləcə də millətlər və dinlərarası münasibətlərin tənzimlənməsi problemlərinin həllində heç şübhəsiz ki, təbliğat-təşviqət işləri mühüm əhəmiyyət kəsb edir. Bunların sırasında elekton təbliğat vasitələri üstünlük və operativlik təşkil edirsə, qəzet və jurnallar da dayanıqlıq baxımından mühüm əhəmiyyət daşıyır.

KİV-lərdə təbliğ olunan multikulturalizm daha geniş auditoriyanı əhatə etmək baxımından daha səmərəli metoddur. Bu gün qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin əsaslarını dünyaya təbliğ etməklə, bəşəri birgəyaşayışa əlimizdən gələn töhfələri verməkdir.

Bu baxımdan, qloballaşan dünyamızda multikulturalizmin Azərbaycan modelinin bir nümunə kimi təqdim edilməsi, onun konkret bir ölkəyə yox, bəşəri əhəmiyyətə malik olmasıdır.

Bu gün multikulturalizm, tolerantlıq, millətlər və dinlərarası münasibətlərin tənzimlənməsi istiqamətində həyata keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi də, məhz buradan qaynaqlanır. Belə tədbirlərdən birinə qatılan, Rusiya Federasiyasında nəşr olunan "Drujba narodov" ("Xalqlar dostluğu") jurnalının baş redaktoru Aleksandr Ebanoidze hesab edir ki, bu jurnalın fəaliyyətinin özü də xalqlar, millətlər və eyni zamanda, dinlər arasında münasibətlərin tənzimlənməsinə xidmət edir.

Jurnalın fəaliyyətindən danışan baş redaktor qeyd edir ki, onun bu jurnala baş redaktor təyin olunması da öz-özlüyündə multikulturalizm nümunəsidir. "Drujba narodov" jurnalının nəşri Rusiya Federasiyası rəhbərliyinin ölkədə və ümumiyyətlə, postsovet məkanında multikultural münasibətlərin tənzimlənməsində və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu deməyə əsas verir. 

Aleksandr Ebanoidze qeyd edib ki, multikulturalizmin bu və ya digər modellərindən danışarkən, ilk növbədə bu modellərdən nə istədiyimizi və bu modellərə nə verə biləcəyimizi müzakirəyə çıxarmalıyıq ki, sonrakı fəaliyyətimizi koordinasiya etmək imkanlarımız olsun. Yəni multikulturalizm modeli dedikdə, məhz nəyi nəzərdə tutduğumuzu qabaqcadan bilmək çox vacibdir. O həmçinin bildirib ki, "Drujba narodov" bir vaxtlar şəhər jurnalı kimi məhşur olub və qarşılıqlı mədəni ünsiyyət, yəni multikulturalizmə imkanlar yaratmaq funksiyasını daşıyıb və uzun illər öz fəaliyyətini müəyyən edən beynəlmiləl məsələlərlə məşğul olub.

Fəaliyyət göstərdiyi  72 il müddətində jurnal bu istiqamətdə zəngin təcrübə toplayıb: "Bugünkü tədbirin təşkilatçılarının səylərinə və gözəl ideyalarına minnətdarıq ki, bizə bu maraqlı təcrübəni müzakirə olunan problemlər çərçivəsində təhlil etmək imkanı yaradıblar".

Qeyd etmək lazımdır ki, 90-cı illərdə bütün postsovet məkanında baş verənlər jurnalın da fəaliyyətinə təsirsiz ötüşməyib. Belə ki, postsovet dönəmində jurnalın tirajı bir milyon 487 min nüsxə təşkil edirdisə, hazırda cəmi iki min nüsxə təşkil edir ki, bu da çox kiçik bir rəqəmdir. Çox böyük təəssüflə qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə belə yüksək səviyyəli ədəbi jurnalın ("Drujba narodov" jurnalı məhz belə jurnal idi) nə olduğunu anlamayan, dərk etməyən adamların nəsli meydana gəlib. Onlar hətta jurnalın nə üçün nəşr olunduğunu bilmədən, onun funksiyalarını inkar edirlər.

Hazırda çoxları belə hesab edir ki, İttifaq dağılıbsa, əvvəlki birlik də yoxdur. Ancaq xoşbəxtlikdən zaman keçir, tədricən cəmiyyətin dramatik və psixoloji vəziyyəti dəyişilir. Ədəbiyyat əvvəlki kimi cəmiyyətdə vacib və mühüm yer tutur. Bu da qaçılmaz haldır, ona görə ki, bu və digər xalqın daxili xarakterini ədəbiyyatdan və mədəniyyətdən başqa heç bir vasitə belə dəqiq ifadə edə bilməz. Buna görə də, bu məsələlər haqqında danışmaq və müzakirə etmək lazımdır. Çünki təkcə Rusiyada yox, həm də digər dövlətlərdə multikulturalizm problemlərinin həllində ədəbiyyatın funksiyası çox geniş və çoxşaxəlidir. Buna görə də funksiyası beynəlmiləlçilik əsasında yaranan "Drujba narodov" kimi jurnalların fəaliyyətini dəstəkləmək və qorumaq vacibdir. Bu məqsədlə görülən işlərin arasında keçmiş İttifaqa daxil olan xalqların dillərində bədii tərcümə məktəblərinin yaradılması mühüm yer tutur. Bu tədbirdə o dövrdə mövcud olan belə məktəblərdən birini nümayəndəsi, görkəmli qazax şairi Oljas Suleymenovun iştirak etməsi heç şübhəsiz ki, təqdirəlayiq haldır.

Bu kimi tərcümə məktəblərinin yaradılması mədəniyyətin və ədəbiyyatın inkişafı baxımından böyük ideoloji və mədəni xəzinə idi. Bu xəzinəni qorumaq və inkişaf etdirmək missiyası bizim üzərimizə düşür, çünki bu tərcümə məktəbinin yox olması bütün intellektual və mədəni əlaqələrin kəsilməsi kimi acı nəticələr verə bilər. Əgər biz dünyada xalqlar və dinlər arasında harmoniyaya, həmrəyliyə, əməkdaşlığa və qarşılıqlı dialoqa nail olmaq istəyiriksə, buna əsla yol vermək olmaz.

Məlumdur ki, insan orqanizminin tənəzzülə uğraması və parçalanması üçün orqanizmdə müəyyən miqdarda gümüşün olması zəruri olduğu kimi, ictimai şüurda, cəmiyyətdə də xeyli yüksək səviyyəli başlanğıc iştirak etməlidir ki, o öz məhvərindən çıxsın. Sosiopsixoloqlar hesab edir ki, cəmiyyətin intellektual səviyyəsi son onilliklərdə, ümumiyyətlə, çox aşağı düşüb. Bu səviyyənin qaldırılması üçün ədəbi jurnalların işini, peşəkar ədəbi zəmində ədəbiyyatların qarşılıqlı ünsiyyətini dəstəkləmək, onlara yardımçı olmaq lazımdır. Belə olarsa, şübhəsiz ki, ədəbiyyat multikulturalizmə, qarşılıqlı anlaşmaya öz ciddi töhfəsini verməkdə davam edir. Haqqında danışdığımız jurnal, qarşısına qoyduğu funksiyanı bundan sonra da layiqincə yerinə yetirə bilər.

Tədbirdə çıxış edən YUNESKO-nun sabiq Baş katibi (1999-2009) Koitiro Mautsuura   əvvəlcə tədbirə dəvət olunduğu üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: "Multikulturalizmlə bağlı bu tədbirdə mənə də yer verdiyiniz üçün sizə çox minnətdaram. 10 il UNESCO-nun baş katibi olmuşam. Ona görə də bu gün dünyada multikulturalizmin dəstəklənməsi məqsədi ilə UNESCO tərəfindən həyata keçirilən beynəlxalq cəhdləri gücləndirməkdən çox şadam".

Koitiro Mautsuura  qeyd edib ki, açılış mərasimində Prezident İ.Əliyev multikulturalizmin güc-ləndirilməsinin vacibliyi fikri ilə tam razıdır və bu ideyanın həyata keçirilməsinə dəstək verəcək, çünki burada iştirak edənlərin hamısı, onun özü də qarşıda duran ən əsas sualın multikulturalizmin necə həyata keçirilməsi olduğu ilə tam razılaşıb: "Ona görə də mən yoldaşlarımın çıxışlarına, xüsusilə də Azərbaycanda multikulturalizmin gücləndirilməsi üçün hansı konkret addımların atıldığını izah edən azərbaycanlı həmkarlarımın çıxışını çox diqqətlə dinlədim və bu çox həlledici bir amildir. Zənnimcə, multikulturalizmi gücləndirmək, dəstəkləmək üçün həyata keçirilməli iki əsas istiqamət var: bunlardan birincisi zəngin mədəni irsi, maddi və qeyri-maddi mədəni irsi qorumaq, ikincisi isə müasir mədəniyyətdə həmin izləri qoruyub saxlamaqdır".

Eks-baş katib qeyd edib ki, Azərbaycana ilk səfərini 2000-ci ilin aprel ayında Prezident Heydər Əliyevin dəvəti ilə edib və heç o dövrdə belə, Azərbaycanda  mədəni irslə bağlı yanlışlıq hiss etməyib. Lakin o vaxtdan bəri Azərbaycanda iki yerli istiqamət yaranıb və onlardan birincisi, mədəni irsin qorunmasında Bakı şəhərinin rolu, digəri isə YUNESCO-nın 1972-ci il konvensiyalarına əsasən, Qobustanın rolunun yüksəlməsidir. Bunu aydınlaşdırmaq üçün iki vasitəmiz var. Birincisi odur ki, məkan çox gözəl Avropa üslubuna malik olsa da, bu, kifayət deyil. İkinci vasitə isə, bu iki vasitəni yaradan Bakı şəhəri və Qobustanın məhşur dünyəvi dəyərini və rolunu qoruyan idarəetmə planının olmasıdır. Buna görə də Azərbaycan indi, ən vacibi, maddi irsini qorumalıdır: "Mən indi ikinci bir nümunə göstərmək istəyirəm. Hər halda, siz Bakının mərkəzində yerləşən Muğam Mərkəzinə baş çəkmisiniz. İndi UNESCO-nun 2003-cü il konvensiyasına əsasən muğam qeyri-maddi mədəni irsin şedevri hesab olunur. Qeyri-maddi irsə milli rəqslər, milli mahnılar, milli mərasimlər və çox vacib ictimai-mədəni tədbirlər daxildir".

Bunu da bilmək vacibdir ki, multikulturalizmi inkişaf etdirmək üçün həm maddi, həm də qeyri-maddi mədəni irs olmalıdır. Bu, mütləq olmalıdır, çünki  UNESCO dövlətlərin qarşılıqlı hörmət prinsiplərini təsdiq edən iki əsas konvensiya təsis edib. Azərbaycan da  bunu öz imzası ilə təsdiq edib. 70-80-ci konvensiyalara əsasən, o, konvensiyanın özünün rolunu təsdiq edib. Təxminən 87 ölkə bununla bağlı bir çox məlumatı təsdiq edib.

Ona görə də konvensiyanın beynəlxalq üzvlərinin birgə yaradılmış bazasına zidd olaraq, əl-ələ verib milli meylləri də inkişaf etdirmək çox vacibdir. Milli meyllə beynəlxalq meyl bir-birinə müvafiq olmalıdır. Multikulturalizmdə ikinci vacib məsələ müasir mədəniyyətlərdir ki, UNESCO 2005-ci ildə bu sahədə də, ölkə tədqiqatının rəngarəngliyinin qorunması və inkişafı üzrə konvensiya təsis edib. Bu, bir qədər  mürəkkəb məsələdir, amma bunun məqsədi müasir mədəniyyətlərin həmin sahələrini inkişaf etdirməkdir. İlk  növbədə, müxtəlif ölkələrdə fərqli müasir mədəniyyətləri qorumaq və onları inkişaf etdirməkdir.

2005-ci il konvensiyasının əsas məqsədi belə müasir mədəniyyətləri inkişaf etdirmək olub. Multikulturalizmin inkişafı üçün həyata keçirilən milli cəhdləri əks etdirən bir sıra çıxışları bir daha qeyd etmək lazımdır. Bununla bərabər, beynəlxalq cəhdlərin də rolunu yada salmaq vacibdir. Heç şübhəsiz ki, milli cəhdlər beynəlxalq cəhdlərə müvafiq olmalıdır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.071519136428833