Tramp prezident seçildikdən sonra beş milyard dollar itirib

 

 

Ağ Evin rəhbəri Donald Tramp prezident seçildikdən sonra beş milyard dollar itirdiyini bildirib.

NBC telekanalının məlumatına görə, D.Tramp prezident olduqdan sonra biznesmen karyerasını davam etdirə bilmədiyini deyib.

Həmçinin onun əleyhinə qaldırılan iddialardan ötrü vəkillərə xeyli vəsait ödədiyini vurğulayıb:

“Bu, ola bilər ki, mənə 3-5 milyard dollara başa gəlib. Lakin itirdiyim vəsaitlər məni narahat etmir. Elə prezident olmağımı özüm üçün böyük var-dövlət hesab edirəm”.

0.54148197174072