Jirinovski NATO təyyarələrini vurmağı təklif etdi

 

 

Rusiya Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski NATO qırıcısının hərbi nazir Sergey Şoyqunun uçduğu təyyarəyə yaxınlaşmasını şərh edib.

Qazeta.ru” xəbər verir ki, siyasətçi Rusiya rəhbərliyinin təhlükəyə məruz qalmasını yol verilməz sayıb.

“Rusiya təyyarələrinə yaxınlaşdığı təqdirdə istənilən xarici hərbi təyyarəsini vurmaq lazımdı”, - deyə, Jirinovski bildirib.

Onun sözlərinə görə, əgər bir təyyarəsi vurularsa NATO daha belə addım atmaz.

0.066900014877319