Samuxda bədbəxt hadisə: hovuza düşən azyaşlı xəstəxanada öldü

 

 

Avqustun 12-də Samux rayonunda hovuza düşərək boğulan uşaq ölüb.

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Sərkar kənd sakini, 2014-cü il təvəllüdlü Həsənli Zeyid həyətlərindəki hovuza düşərək boğulmuşdu.

Hadisədən dərhal sonra özəl xəstəxanalardan birinə yerləşdirilən azyaşlı vəfat edib.

Samux rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

0.071062088012695