Bakı-Qazax magistral yolunda qəza: dörd yaralı

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

0.069118022918701