Cəlilabadda toyda dava düşdü: iki nəfər bıçaqlandı

Cəlilabadda toyda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

Oxu. Az-ın bölgə müxbirinin verdiyi məlumatagörə, hadisə ötən axşam Cəlilabad rayonunun Göytəpə şəhərindəki “Yamal” şadlıq sarayında baş verib.  

Toy mərasimində qonaqlar arasında düşən mübahisə davaya çevrilib. 

Şahidlərin sözlərinə görə, kkütləvi dava zamanı 1996-cı il təvəllüdlü Əsgərov Anar və 1994-cü il təvəllüdlü Əşrəfov Emin bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.  

İlkin məlumata görə, davaya səbəb toyda oynamaq üstündə olub.

Faktla bağlı araşdırma aparılır.

0.40130686759949