Zakir Həsənovdan rusiyalı həmkarına başsağlığı

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Nazirlikdən verilən məlumata görə, başsağlığında deyilir:

“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

0.060925006866455