Həyat və yaşayış üçün ən yaxşı ölkələrin TOP 10-luğu

Bir çoxları yeni həyata başlamaq, daha yaxşı iş və karyera imkanı, eləcə də, fiziki və psixoloji rifah əldə etmək üçün başqa ölkəyə köçməyi arzulayırlar.

Buna görə də dünyanın ən iri banklarından biri olan HSBC həyat səviyyəsi, karyera və ailə imkanlarının standartları nöqteyi-nəzərindən köçüb yaşamaq məsləhət görülən ölkələri müəyyənləşdirmək üçün 163 ölkədən olan 18059 ekspat (işləmək üçün başqa ölkəyə köçən insan - red.) arasında sorğu aparıb.

paralel.az HSBC-nin apardığı sorğunun nəticələrinə əsasən, köçmək üçün ən yaxşı 10 ölkəni təqdim edir:

 1. İsveçrə

HSBC-nin apardığı sorğunun nəticələrinə əsasən, İsveçrədə yaşayan ekspatların əksəriyyəti bu ölkəyə köçdükdən sonra həyat səviyyələrinin yaxşılaşdığını bildiriblər.

Bundan başqa, buradakı ətraf mühit onların köçüb gəldikləri ölkələrlə müqayisədə, daha təmiz və təhlükəsizdir.

İsveçrədə orta əməkhaqqı 111587 dollar təşkil edir ki, bu da digər ölkələrdəki ekspatların 75966 dollara müvafiq olan orta əməkhaqqından yüksəkdir.

Lakin ekspatlar İsveçrə şəhərlərində qiymətlərin də yüksək olduğunu vurğulayıblar. Belə ki, Sürix və Cenevrə dünyanın ən bahalı şəhərləri siyasında 4 və 5-ci yerləri paylaşırlar. 

2. Sinqapur

HSBC-nin sorğusuna əsasən, Sinqapur ailəliklə köçmək üçün ən yaxşı yerdir. Valideynlər Sinqapurda  təhsilin səviyyəsinin onların gəldikləri ölkələrdən daha yaxşı olduqlarını vurğulayırlar. Onlar iş imkanları və şəxsi təhlükəsizliyin də yüksək səviyyəsini qeyd edirlər. Lakin burada həyat çox bahadır.

3. Kanada

HSBC-nin apardığı araşdırmada Kanadanın xaricilər üçün cəlbedici ölkələrdən biri olduğu qeyd  edilir. Çoxları buraya uzun müddətə gəlir.

4. İspaniya

İspaniyadakı sakitləşdirici Aralıq dənizi mühiti yüksək həyat səviyyəsindən həzz almağa, eləcə də, psixoloji durumu yaxşılaşdırmağa imkan verir.

HSBC-nin tədqiqatında iştirak edən respondentlərin 67 faizi İspaniyaya köçdükdən sonra iş və həyat balansının yaxşılaşdığını bildiriblər.

5. Yeni Zelandiya

Yeni Zelandiya ekspatlar arasında məşhur ölkədir. Bura daha çox Böyük Britaniya, ABŞ, CAR kimi ingilisdilli ölkələrdən gələnlər üstünlük verirlər.

HSBC-nin tədqiqatlarına əsasən, Yeni Zelandiyaya işləməyə gələnlər burada əksər hallarda 20 ildən artıq yaşayırlar.

6. Avstraliya

Avstraliyaya köçən ekspatların əksəriyyəti burada özlərini fiziki olaraq daha sağlam hiss edirlər. Onlar burada ekologiyanın təmizliyini xüsusi vurğulayırlar. Çoxları iş və istirahət vaxtı arasında yaxşı balans olduğunu qeyd edirlər. Lakin bu ölkədə həyat çox bahadır.

7. Türkiyə

Ekspatlar Türkiyə əhalisinin qonaqpərvər olduğunu qeyd edirlər. HSBC-nin respondentləri burada mədəni mühitin zəngin olduğunu bildirirlər.

8. Almaniya

Əksər ekspatlar Almaniyada yüksək həyat səviyyəsi, eləcə də, siyasi sabitliyi xüsusi vurğulayırlar. Valideynlərin fikrincə, bu ölkədə uşaq böyütmək üçün də çox yaxşı şərait mövcuddur.

9. BƏƏ

BƏƏ gəlirə federal verginin, eləcə də, əksər gündəlik mallara ƏDV-nin olmaması ilə tanınır. “Buraya maliyyə motivasiyalı insanlar üçün əla yerdir”, - HSBC-nin hesabatında yazılıb və əlavə edilib ki, ekspatlar bu ölkəyə köçdükdən sonra gəlirlərinin artdığını bildirirlər. 

10. Vyetnam

Ekspatlar qeyd edirlər ki, Vyetnama inteqrasiya etmək çox asandır və yerli əhali də özünü əziz qonaq kimi hiss etməyə kömək edir.

Ölkə karyera pillələrində irəli getmək üçün də yaxşı imkanlar təqdim edir, eləcə də, iş və istirahət vaxtı arasında yaxşı balansla seçilir. Lakin ekspatlar nəqliyyət infrastukturunun xoşagəlməz olduğunu qeyd edir və bildirirlər ki, ölkədə əyləncə və istirahət üçün kifayət qədər yer yoxdur.

0.11020588874817