Erni Kolon öldü

Tanınmış komiks rəssamı Erni Kolon ABŞ-da 89 yaşında dünyasını dəyişib.

Bu barədə “The Hollywood Reporter” yazır.

Onun avqustun 8-də xərçəng xəstəliyindən öldüyü bildirilir.

O, 60 illik karyerası ərzində DC, “Marvel”və “Harvey Comics” ilə əməkdaşlıq edib. 

Onun “Möcüzə qadın”, “Yaşıl Fənər” və “Fleş” kimi komikslərin ərsəyə gəlməsində böyük rolu olduğu qeyd edilir.

0.068669080734253