Tramp Vaşinqtonu tərk etdi: məzuniyyətə gedir

ABŞ prezidenti Donald Tramp Vaşinqtonu tərk edərək, məzuniyyətə yollanıb.

paralel.az Amerika KİV-inə istinadən xəbər verir ki, prezident tətilini Nyu-Cersi ştatında yerləşən özünə məxsus Bedminster qolf-klubunda keçirəcək.

Hələ ki Ağ ev rəsmi olaraq prezidentin məzuniyyətə çıxmasını elan etməsə də, artıq mətbuat bu tətilin on gün sürəcəyini bildirir.

“Associated Press” məzuniyyəti boyu Trampın bir neçə rəsmi görüş və səfərinin olacağını da qeyd edib.

Mətbuatın hesablamasına görə, bu tətillə Tramp prezident seçiləndən sonra 146-cı dəfə qolf meydanına çıxacaq. “Forbes” jurnalı qeyd edir ki, Tramp bu hesabla əvvəllər qolfa aludəçiliyinə görə tənqid etdiyi eks-prezident Barak Obamanı da üstələyib.

Qeyd edək ki, adətən avqust ayı ABŞ-da siyasətçilərin istirahət mövsümü kimi qəbul edilir. Artıq avqustun 4-də Konqressin hər iki palatası məzuniyyətə gedib.

0.055677890777588