Piratlar türk dənizçiləri azad etdi

Nigeriyalı piratlar tərəfindən əsir alınan 10 türk dənizçisi azad edilib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, dənizçilərin sağlamlıqları yerindədir.

Qeyd edək ki, Türkiyə bayrağı altında Kamerunun Duala limanından Fil Dişi Sahilinin Abican limanına üzən “Paksoy-1” yük gəmisi Nigeriya sahillərinin 230 km cənub-qərbində silahlı şəxslərin hücumuna məruz qalmışdı. Gəmi Qananın Tema limanına aparılmış, içərisində olan 10 dənizçi ilə əsir alınmışdı.

0.094404935836792