“Facebook” KİV-ə lisenziya üçün milyonlarla dollar ödəyəcək

“Facebook” bir neçə ABŞ nəşrinə materiallarını platformalarında yerləşdirməyə lisenziya verilməsi üçün təklif göndərib.

“The Wall Street Journal” hesab edir ki, bu, sosial şəbəkə rəhbrliyinə üç milyon dollara başa gələ bilər.

Amerika nəşri situasiyadan xəbərdar olan mənbələrə istinadən bildirir ki, “Facebook” xəbər kanallarında məzmun yerləşdirmək üçün milyonlarla dollar təklif edir.

Bunun üçün müqavilə üç illik nəzərdə tutulub.

Müvafiq təkliflə Dou Cons (“The Wall Street Journal” nəşri), “The Washington Post” və “Bloomberg”ə müraciət olunub. Media sosial şəbəkədə materialları birbaşa özləri və ya nəşrin veb saytına bağlantılar şəklində yerləşdirilə bilər.

Hələlik sözügedən KİV ilə razılaşma olub-olmadığı barəsində məlumat yoxdur, amma “Facebook” yeni layihəsinə payızda start vermək istəyir.

Daha əvvəl ABŞ Federal Ticarət Komissiyası “Facebook” ilə saziş bağlamışdı.

0.072575092315674