Tovuzda zəncirvari qəza: ölən və xəsarət alanlar var

Tovuz rayonunun Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. 

paralel.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, "VAZ 21011", "Daewo Nexia" və "Mercedes C-Klass" markalı avtomobillər toqquşub.

Qəzada bir uşaq da daxil olmaqla ağır yaralıların olduğu bildirilir.

Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına, Qazax rayon Diaqnostika Mərkəzinə və Gəncə şəhərindəki xəstəxanaya aparılıblar.

0.048843145370483