“Gənclik”də qəza - Yoldan səkiyə çıxan avtomobil nişanlı gəncləri yaraladı

 

 

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığında, “Gənclik mol”la üzbəüz avtobus dayanacağının yanında minik avtomobili yoldan səkiyə çıxıb.

Avtomobil səki ilə hərəkət edən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. İlkin məlumatlara görə, gənclər nişanlıdırlar.

Səhiyyə nazirliyindən paralel.az-a bildirilib ki, təcili yardıma çağırış saat 18.37-də daxil olub.

Zərəçəkmişlərə ilkin olaraq - qızda sol bazunun travması, oğlanda alının kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, gənclərin həyatları üçün təhlükə yoxdur.

0.10899209976196