Qırğızıstanın eks-prezidentinin həbs əməliyyatında qanlı olaylar: 10 nəfər yaralanıb

 

 

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbs edilib.

TASS xəbər verir ki, keçmiş dövlət başçısının evinə gələn xüsusi təyinatlılar burda müqavimətlə qarılaşıblar.

Keçmiş prezidentin qərargahından bildirilib ki, evdən atəş səsləri gəlib. İlkin məlumatlara görə, arasında bir jurnalistin də olduğu 10 nəfər yaralanıb.

Mənbə bildirib ki, Atambayevin tərəfdarları onu həbs etmək üçün gəlmiş xüsusi təyinatlılara qarşı müqavimətə davam etsələr də, həbsinə mane ola bilməyiblər.

Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında Almazbek Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.

0.1096179485321