Maştağada bıçaqlanma hadisəsi baş verdi

Sabunçu rayonunda 26 yaşlı oğlan bıçaqlanıb. 

paralel.az-ın verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynov Ülfət Vidadi oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqla xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.25217509269714