DOST xidməti - vətəndaşın həqiqi dostu

DOST mərkəzinin xidmətlərindən artıq 22 mindən çox vətəndaş faydalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin xidmətlərindən artıq 22 mindən çox vətəndaş faydalanıb.

ƏƏSMN-dən verilən məlumata görə, vətəndaşların müraciətlərinə uyğun olaraq, məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlər göstərilib.

Xidmətlərin göstərilməsi prosesi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Mərkəzə gələn vətəndaşa xidmətdən yararlandıqdan sonra masadan ayrılmadan xidmətdən nə dərəcədə razı qalıb-qalmadığı barədə rəyini bildirmək təklif edilir...

Bu günə olan məlumata əsasən, vətəndaşların DOST mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizi keçib, xidmətlərdən qismən məmnun vətəndaşlar isə 4 faiz təşkil edir.

0.31951808929443